Skip to content Skip to footer

2022-ci ildə yaradılmış Elektra AZ şirkəti Azərbaycanda elektrik avtomobil şarj infrastrukturu üzrə lider şirkətlərdən biridir. Biz ölkə üzrə 50-dən çox enerji doldurma stansiyası ilə xidmət göstərir, 20-dən artıq peşəkar əməkdaşımızla elektromobil sahəsində innovativ həllər təqdim edirik.

Elektra AZ elektrik avtomobil sahiblərinə və tərəfdaş müəssisələrə aşağıdakı sahələrdə tam həcmli xidmətlər təklif edir:

  • elektromobil enerji doldurma stansiyası quraşdırılması

  • elektromobil enerji doldurma cihazı satışı və servisi

  • AC və DC tipli enerji doldurma avadanlıqlarının təchizatı

  • mobil tətbiq ilə 24/7 şarj xidməti

  • şarj stansiyası xəritəsi və idarəetmə platforması

Şirkətimiz Tonhe, Touch Station, Chengdu Natural Smart kimi beynəlxalq texnoloji tərəfdaşlarla, yerli tərəfdaşlar olan Pasha Property Management, Pasha Malls, Tamstore, ShahdagSea Breeze ilə əməkdaşlıq edir.

Məqsədimiz ölkəmizdə elektromobil infrastrukturunun inkişafına töhfə vermək və alternativ enerji texnologiyalarını əlçatan etməkdir. Publik şarj məntəqələri, parkinqdə şarj nöqtələribiznes üçün enerji doldurma həlləri ilə həm fərdi istifadəçiləri, həm də müəssisələri dəstəkləyirik.

Komandamız yerli və beynəlxalq təcrübəni birləşdirərək, sürətli şarj stansiyaları, ev üçün şarj cihazlarıenerji doldurma texnologiyaları sahəsində yenilikləri tətbiq edir. Biz inanırıq ki, elektromobil şarj biznesi yalnız texnologiya deyil, həm də passiv gəlirdavamlı inkişaf üçün bir fürsətdir.

Ətraf mühitin qorunması, enerjiyə qənaət və texnoloji yeniliklər bizim əsas dəyərlərimizdir. Elektra AZ olaraq, elektromobillərin yayılması və şarj stansiyası şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətimizi genişləndirməkdə davam edirik.

Bizim üstünlüklərimiz

Davamlılıq və keyfiyyət

Dinamika

Daha Az Karbon Qazı

Sənaye Standartlarına cavab verir

Büdcəyə Qənaət