Skip to content Skip to sidebar Skip to footer

Elektrik doldurma stansiyaları0

Elektrik doldurma stansiyaları nədir? Elektromobilin hər yeni alıcısının üzləşdiyi ilk sual enerji qidalanmasını harada etmək olar? Qidalanma stansiyalarının quraşdırılmasından başlayan “Elektra Az” şirkəti həmin stansiyaların idarə edilməsinə və şəbəkənin yaradılmasına keçid aldı. Şəbəkəmiz qidalanma prosesini maksimum dərəcədə əlçatan, ödənişi isə rahat etməklə, daim inkişaf etməkdədir.

Siz mobil tətbiqi yükləyə, ən yaxın stansiyanı tapa və enerji qidalanmasını təmin edə bilərsiniz. Ödəniş prosesi öz müxtəlifliyi ilə nəzərə çarpır: tətbiq vasitəsilə ödəmə, QR kod
vasitəsilə ödəmə, kart vasitəsi ilə və kartı stansiyada almaqla nağd ödəniş. Əminik ki, stansiya şəbəkəsinin genişlənməsi sürətli və keyfiyyətli enerji qidalanması prosesinə son dərəcə önəm verən EV sahiblərinin sayının artmasına səbəb olacaq. Elektrik doldurma stansiyaları nın sayı artmaqdadır.