Elektromobil şarj stansiyalarının satışı və servisi? Dünyada və ölkəmizdə elektromobillərin sayı gündən günə artmaqdadır. Bununla paralel olaraq elektrik şarj stansiyalarının şəbəkəsinin qurulmasına da ehtiyac yaranır. Yanacaq doldurma stansiyalarından fərqli olaraq, elektrik şarj stansiyalarında daha geniş qidalanma imkanları var. Siz elektromobilinizi sizə uyğun yerdə qidalandıra bilərsiniz. Bizim çeşidimizdə evlər, parkinqlər, otellər, ictimai yerlər və s. üçün müxtəlif şarj stansiyaları var.
Şirkətimiz ABB, Siemens, Mida, Tonhe, Touch kimi tanınmış istehsalçıların avadanlıqlarını təklif edir. Sizin avtomobil üçün biz optimal həll və onun xidmətini təmin edirik. Təklif imkanlarımız artmaqdadır və sürətli inkişaf edən texnologiyaları nəzərə alaraq, sizə daha uyğun həllər təqdim edə bilərik.

TİCARƏT ŞARJ STANSİYALARI
Elektromobillərin sürətlə şarjı üçün, sabit cərəyan və böyük gücdə olan üçfazalı enerji təchizatından istifadə olunur.
Yeni ziyarətçilər cəlb etmək, mövcud müştərilər
/qonaqlar/ kirayəçilər üçün əlavə xidmət göstərmək, yeni gəlir mənbəyi əldə etmək və digərləri ilə rəqabət üstünlüyünə sahib olmaq istəyən şirkətlər üçün ideal bir həlldir.
İş mərkəzləri, alış-veriş mərkəzləri, otel və restoranlar həm qapalı dayanacaqda, həm də açıq dayanacaqda bu şarj stansiyası quraşdırıla bilər.

SÜRƏTLİ ŞARJ STANSİYALARI

DC Fast Charging, birbaşa DC enerjisini batareyaya verməklə şarj sürətinin əhəmiyyətli dərəcədə
artmasına və qısa zaman ərzində avtomobilin
şarj olmasına nail olur. Şarj müddəti, batariyanın
ölçüsündən və digər faktorlardan asılıdır.
Bizim şarj stansiyalarının bəzi üstünlükləri
aşağıdakılardır:

375 A və 160 kvt-a qədər yüksək güc

500 A və 350 kvt-a qədər doldurma (şarj)

Dinamik sabit cərəyan funksiyası: 500 A

150-920V SC çıxış gərginliyinin geniş diapazonu sayəsində, həm müasir, həm də növbəti nəsil elektromobillər dəstəklənir
AVTONOM GÜNƏŞ ŞARJ STANSIYALARI
Elektromobil şarj stansiyalarının satışı və servisi. Müasir texnologiyalardan istifadə edərək, yeni perspektivli həll üsulunu günəş enerjisindən istifadə edərək, elektrmobillər üçün şarj stansiyasını tətbiq etməyi təklif edir.
Yükləmə stansiyası avtonom işlədikdə – günəş modulları gün ərzində akkumulyatorı yükləyir; elektrik avadanlıqlarının yüklənməsi isə akkumulyatorlar vasitəsilə aparılır ki, bu da yükləmə zamanı günəş şüalanmasının gücündən asılı olmayaraq, nəqliyyat vasitəsinin yüklənməsinin yüksək sürətini və gücünü təmin edir. Avtonom-Günəş yükləmə stansiyaları həm şəxsi istifadə, həm də kommersiya obyektlərində istifadə olunur. Komandamız sizə həm standart, həm də fərdi həllər təklif edir.

