Skip to content Skip to footer

Elektromobillər üçün keçid və bağlayıcılar0

Elektromobillər üçün keçid və bağlayıcılar nədir? Dünyada elektromobillərin sayı sürətlə artır və bir çox ölkələrdə müxtəlif modellər istehsal olunur. Əvvəldən bu prosess pərakəndə getdiyi üçün istehsalçı ölkəsindən asılı olaraq sarj etmək üçün portlarıda fərqlənir. Cıxışlar əsasən Amerika, Avropa, Çin və Yapon standartlarına bölünür. Azərbaycan elektromobil istehsalçılarıda bununla bağlı bir çox problemlərlə üzləşir və sarj zamanı uyqunsuzluqlarla rastlaşırlar. Biz bu halları aradan qaldırmaq üçün bir çox növ adaptor və sarj doldurma cihazı təklif edirik. Təklif etdiyimiz mallar “Elektra Az” loqosu ilə istehsal olunur və müxtəlif sarj standartlarına uyqundur. Professional personal sizə duzgün və avromobilinizə uyqun seçim etməyə yardım erməyə hazırdır. Elektromobillər üçün keçid və bağlayıcılar

Elektromobillərdə bağlayıcı növləri

Büdcə elektromobilləri arasında ən çox yayılmış tip. Konnektorun bu növü avtomobili birfazalı 220v şəbəkədən şarj etməyə icazə verir. Şarjın maksimal gücü 7.4 kV təşkil edir

Avropa konnektoru, şəxsi evlərdə
və ya ictimai dayanacaqlarda istifadə üçün daha rahatdır. Üç fazalı şəbəkəyə qoşulmağa və avtomobili 22 kvt gücündə yükləməyə imkan verir. Belə konnektorlu yükləmə stansiyasını universal hesab etmək olar; Type 2 – Type 2 konnektorları ilə kabeli Avropa elektromobilərini şarj etmək və Type 2 – Type 1 konnektorlu kabeli dəyişməklə, ABŞ-dan gətirilən avtomobilləri yükləmək mümkündür

Daimi cərəyandan istifadə edən 2
kontaktlı konnektor. Yapon, Amerika elektromobillərinin əksəriyyəti və bir sıra Avropa elektromobillərinin doldurulması üçün istifadə edilə bilər. Mode 4 rejimində sabit SC cərayanından işləyən, 30 dəq ərzində (50 kvt gücündə) elektromobilin batareyasını 80% – ə qədər
yükləməyə imkan verən güclü
yükləmə stansiyalarında istifadə
üçün hesablanmışdır.

Həm ləng, həm də sürətli şarj vasitələrindən istifadə etməyə imkan verən kombinasiya edilmiş (birləşdilirlmiş) konnektor növü. Konnektorun işi daimi cərəyanı dəyişən cərəyana çevirən invertor texnologiyasının istifadəsinə əsaslanır. CCS
Combo konnektorları Avropa, ABŞ və Yaponiya üçün eyni deyil. CSS Combo ilə yükləmə, 200 A və 100 kVt güc olduqda 200-500V üçün nəzərdə tutulmuşdur

Bu standart Çin istehsalı olan elektromobillər üçün səciyyəvidir və onu sadəcə “GBT” adlandırırlar. Vizual olaraq Avropanın Mennekes konnektorunu xatırlatsa da, texniki cəhətdən onunla müqayisə edilə bilməz. Bu
standart üçün iki konnektor tipi var: biri zəif, digəri isə sürətli şarj üçün nəzərdə tutulub