Enerji doldurma stansiyaları şəbəkəsi elektrik nəqliyyat vasitələrinin geniş yayıldığı dövrdə Elektra AZ, sürətli və etibarlı elektrik avtomobil şarj stansiyası şəbəkəsi ilə elektromobil sahiblərinə xidmət göstərir. Şəbəkəmiz sürətli şarj stansiyalardan ibarətdir və elektromobil şarj məntəqəsi olaraq Azərbaycanın müxtəlif bölgələrində yerləşir. Şəhər mərkəzlərində, magistral yollar boyunca, AVM-lərdə, parkinqlərdə və istirahət zonalarında yerləşən publik şarj məntəqələri vasitəsilə istifadəçilər yaxınlıqda şarj nöqtəsi tapa, mobil tətbiq ilə şarj prosesini idarə edə bilərlər.

Şəbəkəmiz genişlənir
Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərdə artıq aktiv stansiyalar fəaliyyət göstərir. Yeni regionlarda şarj nöqtələri quraşdırılır. Məqsədimiz — elektromobil infrastrukturunu ölkə üzrə inkişaf etdirmək və hər kəs üçün əlçatan etməkdir.

Sürətli və güclü enerji doldurma stansiyaları

DC Fast Charging, birbaşa DC enerjisini batareyaya verməklə şarj sürətinin əhəmiyyətli dərəcədə
artmasına və qısa zaman ərzində avtomobilin
şarj olmasına nail olur. Şarj müddəti, batariyanın
ölçüsündən və digər faktorlardan asılıdır.
Bizim şarj stansiyalarının bəzi üstünlükləri
aşağıdakılardır:

375 A və 160 kvt-a qədər yüksək güc

500 A və 350 kvt-a qədər doldurma (şarj)

Dinamik sabit cərəyan funksiyası: 500 A

150-920V SC çıxış gərginliyinin geniş diapazonu sayəsində, həm müasir, həm də növbəti nəsil elektromobillər dəstəklənir
Ağıllı idarəetmə və izləmə imkanı
- Şarj stansiyası xəritəsi ilə yaxın stansiyaları tapın
- Real vaxt rejimində boş və dolu statusu izləyin
- Elektromobil doldurma qiymətləri tətbiqdə görünür
- Bütün dolum tarixçəsi və xərcləriniz bir arada saxlanılır
- Waze və Google Maps vasitəsi ilə stansiyaya çatmaq

Niyə Elektra AZ?
24/7 işləyən stansiyalar və texniki dəstək
Yüksək keyfiyyətli və beynəlxalq sertifikatlı avadanlıqlar
Məxfi və təhlükəsiz ödəniş sistemi
Daim yenilənən proqram təminatı və təkmilləşən xidmət
Geniş stansiyalar şəbəkəsi

